Sabah
Sabahbu yolun qırağında olmasa da,axırında bir ağac tapacağam.Sabahağac kölgəsində oturub,bir şerin bütün misralarıgəlməsə də,beş-on sözünü tapacağam.Sabahbu sözləri bir-birinin yanına düzüb,bir yol təsviri tapacağam.Sabahbu yolun qırağında olmasa da,axırında bir ağac tapacağam...
1986
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-sabah
← → düymələri ilə keçid, R — təsadüfi şeir