Səndən doğma, səndən yaxın
Səndən doğma, səndən yaxın,Bir ayrılıq, bir həsrətmiş,Sənsiz yaşadığım günlər,Dörd yüz illik əsarətmiş.
Bilməzdim, susuz dünyadaSəsinin bulağı varmış,Mirvarinin doğmalığı,Bacanağın bağı varmış.
Gəl, keçək bu daş-kəsəkdən,Keçək cənnət yolu kimi,Qoy tarixdə adım qalsınNüşabənin qulu kimi...
1995
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-senden-dogma-senden-yaxin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
İndi
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
QəriblikBir söz sərrafıydım bu zamanənin,Qəflətən qarşıma çıxdı qəriblik.
Qəribik, şairim, qəribik, sözümŞairlər qəribdi bu yerüzündəKüçədə, bayırda, evdə, eşikdə,