Təkliyimin sürgünündə,Bu tənhalıq qürbətində,Üzümə bir günüm gülsə,Vətəndən xoş xəbər gəlsə,Deyərəm gül, sürgün yeri,Deyərəm öl, sürgün yeri,Harayıma yetən gəlib,Çəkil, qürbət, vətən gəlib...1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran