Xəbərlər var
Xəbərlər var,xəbərlərdən xəbərim yox...Bu gün yəqinkiminsə neçə yüz illik məzarınatəzə-tər çiçəklər qoyulub,bir başqası öldüyü üçün yox,meyidi iylənəcək deyəbasdırılıb torpağa...Hardasa açıq-aşkar İlahi qüvvə kimibir dünya gözəli görünüb gözlərə.
Hardasa çirkin bir qadın görkəmişübhə doğurub Allahın varlığına...Kimsə sərxoş olub ağlayıb,kimsə içməyə bir şey tapmadığından.Hardasa ömür güc gəlib ölümə.Hardasa ölüm ömrün kürəyini vurub yerə.Hardasa yenə illər uzunubar gətirmir meyvə ağacları.Hardasa almalar dəyir yulğun budaqlarında.Nələr olmur yer üzündə hər gün, nələr?Xəbərlər var,xəbərlərdən xəbərim yox...
1986
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-xeberler-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Surətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
Əbədi borcOğul, müqəddəsdir bu məzar daşı,Onun da yanında dayanaq bir az.
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
Bilüme müşg saçunı şehâ kemerlenüremBilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem