Sizinlə barışa bilmirəm mən.Eyni ağaclartamam başqa-başqadı ürəyimizdə,adları dilimizdə bir olsa da.Ayrı-ayrı yerlərə gedirüstüylə addımladığımızeyni yollar.Yaşadığımız günlər, aylarbir dövrün, bir zamanın içində deyil,eyni yerdə, eyni vaxtdagörüşə bilmərik biz.Ayrılıq da başqa şeydirbu dünyada,sizdən ayrı düşmək deyil...1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran