Neçə baharla, payızlaYox oldu ömrün illəri,İndi məni düşündürür,O dünyanın fəsilləri...

Cənnətə gəlirmi bahar,Cəhənnəmdə olurmu qış?O dünyada ölüm yoxsa,Burdakı ölümə alqış...

Payız varsa, nazik kəfənSaxlamaz yağış yaşını,Onda alıb geyinərəmƏzrayılın plaşını...

Ağlım bir şey kəsən gündənDüşündüm, o dünya nədir?Guya illərlə yaşayıb,Bilmişəm, bu dünya nədir...

Bacarsaydım dəyişməzdim,İnanın, mən ölüm, mənə,Bizim doğma cəhənnəmiO dünyanın cənnətinə...1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar