Bu yolun qəm yolçusu,Bir az sərsəm yolçusu,Gedir dizləri gücsüz,Yerdə izləri gücsüz,Göydə sözləri gücsüz,Başıaşağı gedir,Dil deyib ağı gedir,Dünyanın bir yoluylaBir cüt ayağı gedir,Yuxusayağı gedir...Nə soldan salam alır,Nə sağdan salam alır,Nə çöldən salam alır,Nə dağdan salam alır,Yoldan üzülmüş yolçu,Yola süzülmüş yolçu,Özündən çox-çox qabaqYolu kəsilmiş yolçu...Özünü güllələyirİçindən dualarla,Özü özünə dəyir,Sözü sözünə dəyir,Dizi dizinə dəyir,Üzüquylu yıxılıb,Quzğun gözünə dəyir...Göy üzündə bir andaQuzğunlar dövrə qurur,Quzğunlar dövrə vurur...Yer üzündə yolçu var,Yer üzünə sərilmiş,Ömür-gündən dərilmiş,Leş olmuş, ruzu olmuş,Quzğunların bir günlükÇörəyi, duzu olmuş...Bu yolun qəm yolçusu,Bəlkə sərsəm yolçusu,İçindən dualarlaBu yolda güllələnmiş,Məhkəməsi, cəzasıGöy üzündən ələnmiş....

1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri