Getmə, yaxın durma o daşa
Getmə, yaxın durma o daşa,o daşın altında gizlənən əqrəbdənindi qurtarsam səni,sabah o qayadan çıxan gürzəninyolunu kəsə bilməyəcəyəm,uzaqda olacağam bəlkə...Qasırğanı, tufanı döndərib,yatırda bilərəm, ancaqzəlzələnin tilsimimənim əlimdə deyil...Odur, inanma, güvənmə mənə,gedəndə, daşlara, qayalarabaxa-baxa yeri,yatandaqasırğadan, tufandan qorunmuş yerdə uzanvə yuxuya getməzdən əvvəl dua elə,dua elə ki,zəlzələ olmasın bu gecə...1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-getme-yaxin-durma-o-dasa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,