Quşlardan xəbərsizbir gündür bu gün.Əllərim sıxılıryenə də həsrət,ikiəlli salam verir mənə.Və bircə quş səsi eşidilməyənbu həsrətin içindəbilsəydim sözlərinibir dua oxuyardım.Quş səsi istərdim göylərdən.Ancaq dua bilmirəm.Bildiyimi,şeirlərimi oxuyuramüzümü qibləyə tutub.Şair sevməyən Allahşeir sevirmi, görəsən?

1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran