Ürəyimin qapısıSəhərdən açıq qalıb,Könlüm bu gün ruhumuQovub yollara salıb...

Dərd məni üstələyərSən dadıma çatmasan,Aydınlığa çıxmaramSən qolumdan tutmasan...

Adaları dənizəDeyirlər divlər atıb,Məni bu tənhalığaKaş biləydim kim satıb...

Bu qaranlıq yollardaAzıb itərəm, inan,Bəxtimin tək şamınıSən gəlib yandırmasan...

Dünya Günəşi içir,Quşlar cənuba köçür,Bu əbədi Günəşin,Bu qayğılı quşlarınGözü qabağında bil,Ürəyimdən bir nisgil,Fəqət xoş fikir keçir.İnanmırsansa, gəl bax,Bu mən, bu sən, bu Allah!

1969

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri