Sarı qamışların dibi yaşıl, tünd yaşıl
Sarı qamışların dibi yaşıl, tünd yaşıl,bu rəngin iyi də tünd,qara lil qoxuyur uzaqdan belə,səhər erkən yaşılbaşlarsəs-səsə verib, qaqqıldaşanda datünd yaşıl rəngi solmur, açılmır.Sarı qamış dibininseyrəlmir, çəkilmir qoxusu,azacıq azalsa da barıt iyindən...Günəş yavaş-yavaş açıb, ağardandasuyun üzünü,bu suyun qiymətinə qalxır,yaman bahalanır insan ömrü.Görən gözlərin xoşbəxtliyinigörən göz olmur, hayıf,çünki həyat yox olub, görünmürsarı qamışların arasında...
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-sari-qamislarin-dibi-yasil-tund-yasil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dən-dən taxıl qaçıranSərçələri qırdılar.
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Könlüm diləyir ki, düşə fürsət birdənTa söhbət açam qəlbi yaxan qəmlərdən.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,