Biz sizlərdən uzaqdayıq,Siz də bizlərdən uzaqda,Biz ölərik, siz də yəqinDirilərsiz bəd ayaqda.

Pozulmaz sonsuz tarazlıq,Düz gələr Allahın sözü,Bir bu dünya, bir o dünya,Tərəzinin iki gözü...

Biri ömür, biri ölüm,Biri gecə, biri gündüz,Düzlük varsa kainatda,Hər şey əyri, yalnız bu düz...

Xeyir şərmiş, şər xeyirmiş,Hər ikisi bir ad imiş,Qılıncla cəllad başınıVuran da bir cəllad imiş...

Fərqi yox, baş harda gedir,Ya bu qatda, ya o qatda,Gedir müqəddəs cəlladınMübarək qılıncı altda...

1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri