Gözlərimin qabağındaYenə göy üzü durub,Gecəni ayla ulduzlar,Gündüzü günəş yorub.

Yenə möcüzə arzusu,Xeyir tapmaq həvəsi,Göydən isə yağır dahaYağış nəsi, qar nəsi.

İki səsin arasındanÜçüncü səs çıxmadı,Məndən başqa o boşluğaYenə heç kəs baxmadı.

Nə çoban oldum, nə qoyun,Bitib, ya dönüb yolum?Göy üzünə bıçaq verin,Allaha qurban olum...1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri