Yer üzündə yüz illərlə duran
Yer üzündə yüz illərlə duranən möhtəşəm məscidlərdən, kilsələrdənqat-qat artıq etibar doğurur məndəmilyon illərdən bəriaxar suların səsindən başı çıxanbu qara daşın tənha mötəbərliyi.Gəl, gəl oturaq o daşın üstündə,üzbəüz, gözbəgöz...Varlığıma gözlənilməz bir sillə dəyib,duman içində axır fikirlərimbaşdan-başa.Odur, bu çağlayan çayınsəsini batıra-batıra,insan qulağı eşitməmişbir fəryad bağırtısıylasual verirəm sənə:— Bu qara daş varmı bu dünyada?Varsa, çıx get, qayıt göylərə,məscidlərin əzanından,kilsələrin zəngindən xoşhallanmağa.Mən də özümə — günümə dönüm,ürəyi rahat, qəlbi sualdan qurtulmuş.Bilim ki, yer üzü var, çay var yer üzündə,çaydan başı çıxmış bu qara daş var.Mötəbər yerlər var bu dünyada...
1986
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yer-uzunde-yuz-illerle-duran
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə