Yolsuz, cığırsız da
Yolsuz, cığırsız dagedib bir yanaçıxmaq olar.Amma hara?Evlərin nömrəsinə baxa-baxa,xəbər ala-alaqabağından çıxan adamlardan,axtarıb tapmaq olarbir kəsi.Amma kimi?Əl-qolunu bağlayanzəncir kimiqırıb atmaq olarömrün ayıq günlərini,gərəksiz olmuş andları,ata-baba yurdunugözlərişad xəbərə bənzəyənbir qadın yolunda.Amma necə?Amma haçaq?Amma niyə?
1966
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yolsuz-cigirsiz-da
← → düymələri ilə keçid, R — təsadüfi şeir