Şuşanı yuxumda gördüm dün gecə,Şəhərim bərbaddı, İlahi, necə.Oyaqkən, röyada, gündüz, həm gecə,Cənnət bağındayam, Qarabağdayam.

Bu əllər qovacaq ordan yağını,Səngər eyləyəcək Ağrı dağını,Geri qaytaracaq QarabağımıCənnət bağındayam, Qarabağdayam.

Sanki dastanlarda, nağıllardayam,Ən igid, nər igid oğullarlayam.Nə qədər qan içrə boğulmaqdayam,Cənnət bağındayam, Qarabağdayam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən