Allahın qapısı
Günlərin birində Mollanın həyətinin qapısını çıxarıb aparırlar. Molla
nə qədər axtarırsa, oğrunu tapa bilmir. Axırda gedib məscidin qapısını
çıxardır. Dalına alıb aparanda mücavir tutur yaxasından ki:
– Nə eləyirsən?
Molla deyir:
– Deyirsiniz ki, Allah hər şeydən xəbərdardı. Əgər doğrudursa,
demək ki, mənim qapımı oğurlayandan da xəbəri var. Desin oğrumu,
verim qapısını.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-allahin-qapisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nəfəs: Ölməzdən əvvəl öldülər
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Sən əgər ətfl nəzər etsən pərişan halimiSən əgər ətfl nəzər etsən pərişan halimi,Bil qəbul etmiş xuda ölgün bənim emalimi!
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi