Qara deyilmi
Mənə qara deyən gözəl,Qaşların qara deyilmi?Tökülübdü dal gərdənəSaçların qara deyilmi?
Çənlibeldə qurdum binə,Bənzəyirsən aya, günə.Ağ üzündə dənə-dənəXalların qara deyilmi?
Koroğlu mayıldı sizə,Qulaq verin saza, sözə.Siyah sürmə ala gözəÇəkibsən, qara deyilmi?
Kitabxana.az · https://kitabxana.az/works/xalq-qara-deyilmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir