من کیم باری که گوئی ز آفرینش برترم
من کیم باری که گوئی ز آفرینش برترمکافرم گر هست تاج آفرینش بر سرم
جسم بیاصلم طلسمم خوان نه حی ناطقماسم بیذاتم ز بادم دان نه نقش آزرم
از صفت هم صفرم و هم منقلب هم آتشیگوئی اول برج گردونم نه مردم پیکرم
نحس اجرام و وبال چرخ و قلب عالممحشو ارکان و زوال دهر و دون کشورم
از علی نسبت دهم اما یهودی مذهبموز زمین دعوی کنم اما اثیری گوهرم
لیس من اهلک به گوش آدم اندر گفت عقلآن زمان کز روی فطرت ناف میزد مادرم
بحر پی پایاب دارم پیش و میدانم که بازدر جزیره بازمانم ز آتشین پل نگذرم
همچو موی عاریت اصلی ندارم از حیاتهمچو گلگونه بقائی هم ندارد جوهرم
نی سگ اصحاب کهفم نی خر عیسی ولیکهم سگ وحشی نژادم هم خر وحشت چرم
همدم هاروت و هم طبع زن بربط زنمافعی ضحاکم و ریم آهن آهنگرم
شیر برفینم نه آن شیری که بینی صولتمگاو زرینم نه آن گاوی که یابی عنبرم
در دبستان نسو الله کردهام تعلیم کفرکاولین حرف است لامولی لهم سردفترم
قبلهٔ من خاک بتخانه است هان ای طیر هانسنگسارم کن که من هم کعبه کن هم کافرم
لاف دینداری زنم چون صبح آخر ظاهر استکاندر این دعوی ز صبح اولین کاذبترم
از درونسو مار فعلم وز برون طاووس رنگقصه کوته کن که دیو راهزن را رهبرم
شبهت حوا نویسم، تهمت هاجر نهمچادر مریم ربایم، پردهٔ زهرا درم
چون هما اندک خور و کمشهوتم دانند و منچون خروس دانه چین زانی و شهوت پرورم
روز و شب آزاد دل از بند بند مصحفمسال و مه بنهاده سر بر خط خط ساغرم
هم زحلرنگم چو آهن هم ز آتش حاملهوز حریصی چون نعایم آهن و آتش خورم
زاهدم اما برهمن دین، نه یحیی سیرتمشاعرم اما لبید آئین، نه حسان مخبرم
بوالعلا را مستحل خوانم مبالک را محلهر دو معصومند و من با حفصتی بدعت گرم
گوشت زهر آلود دانایان خورم ز آن هر زمانتلختر باشم و گر شوئی به آب کوثرم
خویشتن دعوتگر روحانیان خوانم به سحرکمترین دودافکن هر دودهام گر بنگرم
شعر استادان فرود ژاژهای خود نهمسخت سخت آید خرد را اینکه منکر منکرم
مهرهٔ خر آنکه بر گردن نه در گردن بودبه ز عقد عنبرین خواجه چه بیمعنی خرم
گر ز مردی دم زنم ای شیر مردان مشنویدزانکه چون خرگوش گاهی ماده و گاهی نرم
از سر ضعفم ضعیف القلب اگر زورم دهندبا انا الا علی زنان فرش خدایی گسترم
پیل مستم مغزم ان انگژ بیاشوبند ازانکگر بیاسایم دمی هندوستان یادآورم
خالیم چون قفل و یک چشمم چو زرفین لاجرممجلس ارباب همت را چو حلقه بردرم
هم در این غرقاب عزلت خوشترم کز عقل و روحهم سبک چون بادبانم هم گران چون لنگرم
رد خاقانم به خاکم کن که قارون غممننگ شروانم به آبم ده که قانون شرم
نیستم خاقانی آن خلقانیم کان مرد گفتو این چنین به چون به جمع ژنده پوشان اندرم
روشنان خاقانی تاریک خوانندم ولیکصافیم خوان چون صفای صوفیان را چاکرم
Mən kiməm, xilqətdən üstün nəfsimə qiymət verəm?Xilqətin tacı əgər olsa başımda, kafərəm.
Bir vücudam, əsli yox, sən də məni tilsim tanı,Sanma bir natiq ki, sağdır, var vücudunda canı.
Zatı yoxluqdan ibarət bir adam bilsə əgər,Varlığım yeldir mənim, nəqşimdə yox oddan əsər.
Oddur, aşkardır mənim sıfra bərabər xislətim,Mən Əsəd bürcü ikən, Cövzaya yoxdur nisbətim.
Nəhsiyəm ulduzların, xalqın vəbalı oldum həm,Saxta bir varlıq bu aləmdə əgər varsa, mənəm.
Rüknlərdən biveci, həm də zamanın qaysağı,Mən kiməm bu ölkədə? Alçaqların ən alçağı!
Mən doğulduqda, ağıl təlqin qıldı Adəmə:"Leysə min əhlik", - buna səhvən sən övladın demə!
Dövrəmi almış dərin dərya, bir odlu körpü var,Keçmərəm ondan, məni qərq eyləsin qoy dalğalar.
Süni saçlartək həyatdan məndə yoxdur bir əsər,Gövhərim ənmik kimi bir an parıldar, tez sönər.
Olmadım Əshabi-kəhfə it, Məsihayə ulaq,Vəhşiçinsli bir it oldum, həm də bimayə ulaq.
Həmdəməm Haruta, həm bərbət çalan o arvada,Zöhhak əfisi, dəmirci zindanı üstə qada.
Oxşasam da aslana, qardan düzəltmişlər məni,Bir öküz sanma öküz şəklində altun kuzəni.
Mən ki, "la movla lehüm"ü dəftərimə salmışam,Küfr təlimin "nəsullah" məktəbində almışam.
Kafərəm - Kəbə yıxan, qibləm mənim bütxanədir,Başıma daş yağdırın, quşlar, yatıbsız, ya nədir?
Dəm vurar dindarlığından mən kimi kafər olan,Bil, yalançı sübhdən yüz qat yalandır bu yalan.
Daxilən əfi ilan, tavus rəngəm zahirən,Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən.Həvvanı rüsvay edən mən, Hacərə töhmət vuran,Zəhradan pərdə qopardan, Məryəmə bardaq quran.Zənn edirlər ki, hümatək az yeyən, kəmşəhvətəm,Mən xoruztək dən gəzən, şəhvət əsiri oldum həm.Mən gecə-gündüz "Quran" bəndindən azad olmuşam,Aylar, illər, sağər əldə, mey içib şad olmuşam.Həm Zühəl rəngli dəmirtək od mənim bətnimdədir,Həm "nəayim" tək hərisəm, çeynərəm odlu dəmir.Zahidəm, amma, nə Yəhyatək, brəhmən seyrətəm,Şairəm, amma, nə Həssantək, Ləbidi tiynətəm.Mən zəhərli ətlərindən çox yedim alimlərin,Bu acı getməz, yusan yüz yol suyunda gövsərin.Sehrlə ruhanilikdən dəm vurarsam da əgər,Yaxşı bax, hər zümrəyə məndən əziyyətlər keçər.
Şerini ustadların inkar işində mahirəm,Yazdığım laqqırtını vəsf eylərəm ki, şairəm.Boynuma it muncuğu asdım ki, "gövhər" göstərəm,Ənbər ad verdim qığa, əlhəq, qəribə bifərəm.Şir kişilər, mən özümə ad verərsəm də kişi,Baxmayın, dovşan kimi gah erkəyəm, gah da dişi.Mən zəifəm, bu zəifliklə əgər zor gəlsələr,Qalxaram yüksəkliyə, başımsa ərşə yüksələr.Beynimə zərbə vurun, sərxoş fıləm, dönsün qana,Fil rahatlansa bir an, istər qaça Hindistana.
Mən qıfil tək xaliyəm, birgözlüyəm, halqavaram,Hümmət əhli məclisinin kandarında mən varam.
Üzlətin girdabına düşdü ağılla ruh əgər,Biri yelkəndir, biri ləngər, mənə yoxdur xətər.
Atdı xaqan, basdırın torpaqda, qəm Qarunuyam,Qərq edin, şirvanlılar, çayda ki, şer Fironuyam.
Mən adunla heç zaman fəxr etmədim; Xaqaniyəm,Ac və çılpaqlar səfində var yerim, xəlqaniyəm!
Ad verib "zülmətdəki Xaqani" ariflər mənə,Safi adlandır ki, yeydir sufi xaqandan yenə.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-143
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Mən gəzirəm bu yaşımdaMən gəzirəm bu yaşımda,Bu dünyanın qarasında.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.