دل روی مراد از آن ندیده است
دل روی مراد از آن ندیده استکز اهل دلی نشان ندیده است
دل هر دو جهان سه باره پیمودیک اهل در این میان ندیده است
در شیب و فراز این دو منزلیک پیک وفا روان ندیده است
چرخ آمده کعبتین بینقشکس نقش وفا از آن ندیده است
جنسی که من از جهان ندیدمپیش از من هم جهان ندیده است
از منقطعان راه امیدیک تن رصد امان ندیده است
روز آمد و روز شد جهان راکس یک پی کاروان ندیده است
تا پشت وفا زمانه بشکستکس راستی از زمان ندیده است
از پشت شکستهٔ وفا بهبازوی فلک کمان ندیده است
خاقانی سود و مایهٔ عمرالا ز زبان زیان ندیده است
آویختگی سر ترازوالا ز سر زبان ندیده است
عالم ز همه ملوک عالمجنس ملک اخستان ندیده است
خاقان کبیر، کز جلالتآن دید که خضر خان ندیده است
شروان شه آفتاب دولتکورا دوم آسمان ندیده است
جمشید کیان که دین جز او راروئینتن هفت خوان ندیده است
گو در ملک اخستان نگر آنککیخسرو باستان ندیده است
گو رایت بوالمظفری بینآنک اختر کاویان ندیده است
گویند که مرز تور و ایرانچون رستم پهلوان ندیده است
آن کیست که در صف غلامانشصد رستم سیستان ندیده است
بر نیزهٔ او سماک رامحکمتر ز زحل سنان ندیده است
جز بانو و شاه کوه و دریاکس در یک دودمان ندیده است
دو ابر و دو آفتاب و دو بحرکس جز کف هر دوان ندیده است
دو روح و دو نور کس جز ایشانبر یک سر خوان و خان ندیده است
گیتی افق سپهر عصمتجز حضرت بانوان ندیده است
جمشید ملک نظیر بلقیسجز بانوی کامران ندیده است
قیدافهٔ مملکت که دهرشجز رابعهٔ کیان ندیده است
او رابعهٔ بنات نعش استخود رابعه کس چنان ندیده است
جز نه زن سیدش به ده نوعکس مثل به صد قران ندیده است
رح القدس آن صفا کز او دیداز مریم پاک جان ندیده است
بر پردهٔ مریم دوم چرخجز قیصر پاسبان ندیده است
از قصر جلالتش به صد دورخورشید یک آستان ندیده است
یک خوان شرف نساخت کایامسیمرغش مورخوان ندیده است
بر خوانِ کفَش طفیل امیدجز رضوان میزبان ندیده است
در مجلس و خوانش چاشنی گیرجز جنت نقلدان ندیده است
هر سو که همای بخت پریدالا درش آشیان ندیده است
تا نخل گرفت بوی عدلشکس در رطب استخوان ندیده است
بیند قلمش به گاه توقیعهرک آتش در فشان ندیده است
تا نامد مهد دولت اوکس شروان خیروان ندیده است
ملاح خرد به کشتی وهمدر بحر دلش کران ندیده است
در جنب سخاش بحر و کان راکس قوت امتحان ندیده است
زین پس کفش آفتاب بخشدکاندر خور بخش کان ندیده است
کس بیکف راد صفوة الدیندر جسم کرم روان ندیده است
در پرده نهان چو راز غیب استغیب از دل خود نهان ندیده است
چون کعبه مجاور حجاب استآن کعبه که کس عیان ندیده است
ذات ملکه است جنت عدنکس جنت بیگمان ندیده است
شاه ادریس است و خود جز ادریساز مردان کس جنان ندیده است
بر نه فلک او ستارهٔ قطبکس قطب سبک عنان ندیده است
با قطب جز این دو قرة العینکس مرقد فرقدان ندیده است
بر روس و حبش که روز و شب راستجز داغ ادب نشان ندیده است
این روس و حبش دو خادمش دانکاین خادم روی آن ندیده است
ای بانوی خاندان جمشیدجم زین به خاندان ندیده است
ای ساره صفات و آسیه زهدکس چون تو زبیده سان ندیده است
هر کس که ثنات بر زبان راندجز کوثر در دهان ندیده است
بر آتش هر که مدح راندجز طوبی و ضیمران ندیده است
خاک در تو هر آنکه بوسیدجز گوهر رایگان ندیده است
چون تو ملکه نبود و چون منکس شاعر مدح خوان ندیده است
من دانم داستان مدحتکس زین به داستان ندیده است
آن دید ضمیرم از ثنایتکز نیسان بوستان ندیده است
و آن بیند بزمت از زبانمکز بلبل گلستان ندیده است
ذکر تو به باغ خاطر منشاخی است که مهرگان ندیده است
این مدحت تازه بر در تومشکی است که پرنیان ندیده است
بنده ز دکان شعر برخاستچون بازاری در آن ندیده است
حلاج، دکان گذاشت ایراکجز آتش در دکان ندیده است
بانوی جهان نپرسدش حالکو حال دل نوان ندیده است
از هیچ کسی به هیچ دردیتسکین شفارسان ندیده است
از هر که علاج خواست الادرد دل ناتوان ندیده است
قرب دو سه سال هست کز شاهیک حرمت و نیم نان ندیده است
اقطاع و برات رفت و از کسیک پرسش غم نشان ندیده است
شاه است گران سر ار چه رنجیزین بندهٔ جان گران ندیده است
گفته است به ترک خدمت اکنونکانعام خدایگان ندیده است
دستوری خواهد از خداوندکز درگه شه مکان ندیده است
زنهاری توست و از تو بهتریک داور مهربان ندیده است
خواهد ز تو استعانت ایرابهتر ز تو مستعان ندیده است
دادش بده و فغانش بشنوکاندوخته جز فغان ندیده است
این شعر وداعی از زبانمسحر است و کس این بیان ندیده است
مرغ دو زبان چو کلک من کسبر گلبن ده بنان ندیده است
بر نطق سوارم و عطارداین مرکب، زیر ران ندیده است
باغی است بقای بانوی عصرکز باد فنا، خزان ندیده است
بر لوح فرشته نامش ایامجز بانوی انس و جان ندیده است
صد عید چنین ضمان کند عمردولت به ازین ضمان ندیده است
Könül əgər görməmiş diləyinin üzünü,
Könül duyan insanın tapmamışdır izini.
Dönə-dönə axtardı könül iki dünyanı,
Görmədi bir əhl adam duya könül duyanı!
Yolu iki mənzilin enişlidir, yoxuşlu,
Hələ vəfa elçisi keçməmişdir bu yolu.
Vəfa üstü naxışsız zər olubdur əzəldən,
Odur vəfa naxışı atılmayıbdır əldən.
O şey ki, arzulardım, görmədim bu dünyada,
Onu görən olmamış məndən qabaqlarda da.
Tutub ümid yolunu, çoxları etmiş səfər,
Hələ aman yurduna çatmamışdır bir nəfər.
Hey gün gəlib, gün gedib tarix boyu cahandan,
Görən yoxdur: iz qala ötüb keçən karvandan.
Sındıralı belini vəfanın bu zəmanə,
Görən yoxdur: işləsin, desin doğru zəmanə.
Vəfanın qatlanılmış beli xeyli zamandır,
Ovçu fələk əlində ən yaxşı bir kamandır.
Xaqaninin əmrinə əgər salınsa nəzər,
Aydın olar qazancı - dilindən olmuş zərər.
Bəllidir, başı qalxsın, ensin deyə həmişə,
Tərəziyə dilindən asılmaq olmuş peşə.
Mənim kimi söz deyən hələ cahan görməmiş,
Dilimdən çıxan sözdən heç kəs ziyan görməmiş.
O gündən ki, açılmış, danışmamışdır yalan,
Bəs nə olmuş dilimi quş tək qəfəsə salan?
Ey Axsitan, sənə tay hələ cahan görməmiş,
Asiman da sənin tək böyük xaqan görməmiş.
Sən məgər Cəmşidsən ki, bu dünya ondan savay,
Elə polad vücudlu bir pəhləvan görməmiş.
Bayrağının zinəti olub "Əbülmüzəffər",
Kaviyan bayrağı da belə nişan görməmiş.
Deyirlər ki, keçmişdə nə Turan, nə də İran,
Rüstəmi-Dastan kimi bir qəhrəman görməmiş.
Səninsə, ey hökmdar, qullarının içində,
Yüzlərlə Rüstəm var ki, heç Sistan görməmiş.
Şah ilə şah banunu bağ ilə dəniz kimi,
Qəlbi geniş, uca baş heç dudman görməmiş.
Bəxşiş verən əlləri bulud, Günəş, dənizmi?
Adi əldən bir insan belə ehsan görməmiş.
İki ruhla iki nur, bu ikisindən savay,
Bir evdə, bir süfrədə heç bir insan görməmiş.
Dünyanın üfüqləri ismət fələklərində,
Şah xanımından savay işıq saçan görməmiş.
Ölkənin Qiydafəsi, zaman gəzib sənə tay,
Rabiədən savayı bir oxşayan görməmiş.
O Rabiə əslində Bənati-nəş qızıydı,
Yoxsa elə Rabiə bütün cahan görməmiş.
Məhəmmədə xas olan doqquz arvaddan savay,
Yüz əsrdə ona tay bir axtaran görməmiş.
O səfanı ki, gördü vücudunda Cəbrayıl,
Məryəmin pak cismində bir elə can görməmiş.
Pərdəsində ikinci Məryəmi saxlamaqçın,
Fələk Qeysərdən özgə bir pasiban görməmiş.
Bəxtin hüması uçmuş, bütün cahanı gəzmiş,
Qapısından savayı bir aşiyan görməmiş.
Xurma ağacı duydu ətrini ədalətin,
Xurma içində çərdək xurma açan görməmiş.
Səadət kəcavəsi gəlmədən, bir nəfər də,
Xeyir yurduna dönsün mülki-Şirvan, görməmiş.
Şahbanunun ver əli, səxavəti önündə,
Xəzinələr, mədənlər tab gətirməz bir gün də.
Əgər Kərəm əlini açmasa Səfvətəddin,
Kərəmin cismindəki ruh da görünməz, yəqin.
Özü gizli sirrdir, pərdədə olmuş nihan,
Ancaq bütün sirrlər qəlbinə olmuş əyan.
Kəbə kimi örtüdən zinət tapıbdır o da,
Ancaq elə Kəbə ki, görən yoxdur dünyada.
Məlikənin vətəni cənnətdir, o mələkdir,
O cənnət ki, şübhəsiz, bir kəs görməyəcəkdir.
Şah İdrisdir, İdrisin cananıdır o dilbər,
Ona nəzər salmağa başqasında yox hünər.
Cəmşid ailəsində xanım olan, ey qadın!
Ailəyə şərəfdir sənin mübarək adın!
Sən sifətcə Sarasan, paklıqda Asiyəsən,
Heç kəsin görmədiyi mehriban Zübeydəsən.
Hər kəs sənin vəsfini dilə almışdır, inan.
Ağzı dada gəlibdir, sanki gövsər suyundan!
Sənin mədhini yazan oda yansa da, ancaq,
Odunu ya Zəmiran, ya da Tuba olacaq.
Astananda torpağı öpübsə kim, ey pəri!
Zəhmətsiz, əziyyətsiz qucaqlamış gövhəri.
Nə sən kimi məlikə gəlmişdir bu cahana,
Nə mən kimi sehrkar şair görmüş zəmana.
Könlüm elə bəzəndi səni vəsf edən zaman,
Elə bəzək neysandan tapa bilməz gülüstan.
Məclisində dil açıb, vəsfini söyləsəm mən,
Xoş gələr gülşəndəki bülbülün nəğməsindən.
Sənin adın könlümün bağında bir ağacdır,
Xəzan gəlib, qış ötsə, yenə solmayacaqdır.
Sənə nisar etdiyim bu kiçicik mədhiyyə,
Bir müşkdir ki, hələ culğanmamış ipəyə.
Görüncə şer bazarı kasad olubdur təmiz,
Bağladı şairliyin dükanını bəndəniz.
Açdı həllac dükanı, lakin, heç bir zamanda,
Oddan başqa müştəri görmədi o dükanda.
Soruşmadı halımı bir kərə şah xanımı,
Bilsin necə sarsıdır qəmlər yazıq canımı?
Nə halımı soruşan, nə yadına salan var,
Nə bir təsəlli verən, nə dərdimə qalan var.
Çoxlarından istədim əlac ürək dərdinə,
Bilmədilər qəm nədir, xəstə ürək dərdi nə?
İki-üç ildən bəri şah da olub mənə yad,
Nə bir para çörəklə, nə hörmətlə edib yad.
Çoxdan çıxıb aradan ənam, bəxşiş, həvalə,
Bir nəfərdən soruşsun halımı laməhalə.
Şah məndən acıqlıdır, bircə soruşun ondan,
Söyləsin ki, nə xəta görmüş yazıq qulundan?
Şair şah sarayında əl çəkib xidmətindən,
Sonra da məhrum qalıb şah verən nemətindən.
İndi ki, bağlanıbdır üzümə şah dərbarı,
Yad ellərə getməyə icazə versin barı!
Arzum budur, bu işdə vasitəçim olasan,
Səndən yaxşı kimdir o, mənə olsun mehriban?
Bir adam ki, tanımaz səndən yaxşı bir kömək,
Sən də o biçarəyə kömək edəsən gərək!
Dadına çat, naləsin dinlə, göstər mərhəmət!
Onun varı, dövləti ahü fəğandır fəqət!
İstədim bir şer yazım vidalaşıb gedərkən,
Şer deyil, tərif üçün sehr axıtdım dilimdən.
Əlimdəki qələmin iki dilli quşunun –
Görən yoxdur mislini gül budağında onun.
Yəhərləyib, oturdum nitq atına, ucaldım,
Ucalaraq, bu atla Ütariddən öc aldım.
Məlikənin sağlığı bir bağdır ki, heç zaman,
Fəna yeli əsməsin, o bağ görməsin xəzan.
Mələklər lövhəsində zaman onun adını,
Yazsın: "İns ilə canın ən möhtərəm qadını".
ömrü olsun əbədi, günü keçsin kədərsiz,
Sayəsində ölkəmiz yaşasın dərd-sərsiz.
Arzum budur: ömrümdə yüz elə bayram ola,
Şahla xanım ömrünün hər günündən kam ala!
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-33
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
Xosrov və Şirin, fəsil 42Ürəyi Şirindən incik gedirdi,Küsüb Rum elinə səfər edirdi.