چه سبب سوی خراسان شدنم نگذارند
چه سبب سوی خراسان شدنم نگذارندعندلیبم به گلستان شدنم نگذارند
نیست بستان خراسان را چون من مرغیمرغم آوخ سوی بستان شدنم نگذارند
گنج درها نتوان برد به بازار عراقگر به بازار خراسان شدنم نگذارند
نه نه سرچشمه حیوان به خراسان خیزدچون نه خضرم به سر آن شدنم نگذارند
چون سکندر من و تحویل به ظلمات عراقکه سوی چشمهٔ حیوان شدنم نگذارند
عیسیم منظر من بام چهارم فلک استکه به هشتم در رضوان شدنم نگذارند
همچو عیسی گل و ریحان ز نفس برد همتگرچه نزد گل و ریحان شدنم نگذارند
چه اسائت ز من آمد که بدین تشنه دلیبه سوی مشرب احسان شدنم نگذارند
یا جنابی است چنان پاک و من آلوده جبینبا جنابت سوی قرآن شدنم نگذارند
یا من آن پیل غریوان در ابرههامکه سوی کعبهٔ دیان شدنم نگذارند
آری افلاک معالی است خراسان چه عجبکه بر افلاک چو شیطان شدنم نگذارند
من همی رفتم باری همه ره شادان دلدل ندانست که شادان شدنم نگذارند
ری خراس است و خراسان شده ایوان ارمدر خراسم که به ایوان شدنم نگذارند
در خراس ری از ایوان خراسان پرسمگرچه این طایفه پرسان شدنم نگذارند
گردن من به طنابی است که چون گاو خراسسوسن روغنکده مهمان شدنم نگذارند
هستم آن نطفهٔ مضغه شده کز بعد سه ماهخون شوم باز که انسان شدنم نگذارند
از خروسان خراسان چو منی نیست چه سودکه گه صبح خروشان شدنم نگذارند
منم آن صبح نخستین که چو بگشایم لبخوش فروخندم و خندان شدنم نگذارند
نابهنگام بهارم که به دی مه شکفمکه به هنگامهٔ نیسان شدنم نگذراند
درد دل دارم و درمانش خراسان، ز سرانچون سزد کز پی درمان شدنم نگذارند
جانم آنجاست به دریای طلب غرقه مگرکوه گیرم که سوی کان شدنم نگذارند
گر چو خرگوش کنم پیروی شیر چه سودکه چو آتش به نیستان شدنم نگذارند
بهر فردوس خراسان به در دوزخ ریچه نشینم که به پنهان شدنم نگذارند
بازگردم چو ستاره که شود راجع از آنکمستقیم ره امکان شدنم نگذارند
باز پس گردم چون اشک غیوران از چشمکه ز غیرت سوی مژگان شدنم نگذارند
مشتریوار به جوزای دو رویم به وبالچکنم چون سوی سرطان شدنم نگذارند
بوی مشک سخنم مغز خراسان بگرفتمیرود بوی، گر ایشان شدنم نگذارند
گوی من صد پی از آن سوی سر میدان شدگرچه با گوی به میدان شدنم نگذارند
فید بیفایده بینم ری و من فید نشینکه سوی کعبهٔ ایمان شدنم نگذارند
روضهٔ پاک رضا دیدن اگر طغیان استشاید ار بر ره طغیان شدنم نگذارند
ور به بسطام شدن نیز ز بیسامانی استپس سران بیسر و سامان شدنم نگذارند
این دو صادق خرد و رای که میزان دلندبر پی عقرب عصیان شدنم نگذراند
وین دل و عقل که پیکان ره توفیقندبر سر شه ره خذلان شدنم نگذارند
دارم اخلاص و یقین کام پرستی نکنمکان دو شیرند که سگبان شدنم نگذارند
عقل و عصمت که مرا تاج فراغت دادندبر سر منصب دیوان شدنم نگذارند
منم آن کاوه که تایید فریدونی بختطالب کوره و سندان شدنم نگذارند
دلم از عشق خراسان کم اوطان بگرفتوین دل و عشق به اوطان شدنم نگذارند
از وطن دورم و امید خراسانم نیستکه بدان مقصد کیهان شدنم نگذارند
ویحک آن موم جدا مانده ز شهدم که کنونمحرم مهر سلیمان شدنم نگذارند
فتنه از من چه نویسد که مرا دانش و دیندو رقیبند که فتان شدنم نگذارند
ترس جاه و غم جان دارم و زین هر دو سبببه خراسان سوی اخوان شدنم نگذارند
همه بر جاه همی ترسم و بر جان که مبادجاه و جانی که تن آسان شدنم نگذارند
هِرقِلَم مِهر ِنبی ورزم و دشمن دارمتاج و تختی که مسلمان شدنم نگذارند
هم گذارند که گوی سر میدان گردمگر خلال بن دندان شدنم نگذارند
آن بخارم به هوا بر شده از بحر به بحرباز پس گشته که باران شدنم نگذارند
و آن شرارم که به قوت نرسم سوی اثیرچون شهاب اختر رخشان شدنم نگذارند
گیر فرمان ندهندم به خراسان رفتنباز تبریز به فرمان شدنم نگذارند
ز پی آنکه دو جا مکتب و دکان دارمنه به مکتب نه به دکان شدنم نگذارند
هر چه اندوختم این طایفه را رشوه دهمبو که در راه گروگان شدنم نگذارند
ناگزیر است مرا طعمهٔ موران دادنگر نه موران به سر خوان شدنم نگذارند
Nə səbəb var ki, Xorasanə məni qoymurlar?
Bülbüləm, baği-gülüstanə məni qoymurlar.
Yox Xorasan bağında mənə oxşar bir quş,
Bəs nədəndir ki, o bustanə məni qoymurlar?
Mən Əraqın bazarında kimə inci sataram?
Aparım inci Xorasanə, məni qoymurlar.
Yoxsa ki, abi-həyat çeşməsi Məşhəddən axar?
Deyilən Xızr, o samanə məni qoymurlar.
Məgər İskəndərəm, olsun mənə zülmət - Əraq?
Çatmağa çeşmeyi-heyvanə məni qoymurlar.
Məgər İsayəm, olub yer mənə dördüncü fələk,
Səkkizinci göyə, rizvanə məni qoymurlar.
Gülə, reyhanə ətir vermədəyəm İsatək,
Vurmağa əl gülü-reyhanə məni qoymurlar.
Nə günah eyləmişəm ki, susuzumdan yanıram,
Vurmağa su ləbi-ətşanə məni qoymurlar.
Mən məgər murdaram, o, pak, müqəddəs sayılır,
Murdar əl vurmağa "Quran"ə məni qoymurlar.
Mən məgər Əbrəhənin mindiyi divanə filəm,
Getməyə Kəbəyi-dəyyanə məni qoymurlar.
Şübhə yoxdur ki, Xorasan səmadır, oraya,
Oxşadıb da qoca şeytanə məni, qoymurlar.
Mən bütün yol uzunu şad gəlirdim Reyədək,
Niyə bəs çatmağa cananə məni qoymurlar?
Rey dəyirmansa, Xorasandır İrəm eyvanı,
Mən dəyirmandayam, eyvanə məni qoymurlar.
Bir öküztək bu dəyirmanda salıb boynuma ip,
Atmağa ağzıma yağdanə məni qoymurlar...
Mənəm o nütfə ki, üç ay sora qanə dönərəm,
Bətndə dönməyə insanə məni qoymurlar.
Yox Xorasanda mənimtək səhərin mujdəcisi,
Bir xoruztək səhər əfqanə məni qoymurlar.
Mən əzəl sübhüyəm, açsam dodaq, aləm gülocək,
Həsrətəm bir ləbi-xəndanə, məni qoymurlar.
Bir güləm ki, açaram qışda, məni şaxta döyər,
Nə edim çatmağa neysanə məni qoymurlar.
Qəlbimin dərdinə dərman Xorasan saydır,
Başçılar çatmağa dərmanə məni qoymurlar.
Mən bu dəryadə məgər həsrət ilə batmalıyam?
İncidirlər, o kühüstanə məni qoymurlar.
Nəyə lazım, düşəm aslan izinə dovşantək,
Bir adam yoxsa, neystanə məni qoymurlar.
Rey cəhənnəmdir, əzabına dözüb, istəyirəm,
Yol tapım gizli Xorasanə, məni qoymurlar.
Mən bir ulduz kimi gahgah ki, yolumdan azıram,
Müstəqimən rəhi-imkanə məni qoymurlar.
Mərdlərin göz yaşıtək göz kasasında qalıram,
Axmağa sel kimi müjganə məni qoymurlar.
Müştəritək yerim olmuş ikiüzlü Cövza,
Qaldım avarə, Sərətanə məni qoymurlar.
Şerimin, müşk kimi ətri Xorasanə dolub,
Getməsəm, müşk dönər qanə, məni qoymurlar.
Yüz qədəm aşmış o meydanı kosum, hərçənd ki,
Əldə kəs, girməyə meydanə məni qoymurlar.
Oturub Rey qalasında, edərəm ömrü hədər,
Çarə yox, Kəbəyi-imanə məni qoymurlar.
Pak Rza qəbrini görmək, görünür, tüğyandır,
Bağlayıb yolları, tüğyanə məni qoymurlar.
Yoxsa, Bəstamə gedənlər hamısı yurdsuz olur?
Dönməyə bisərü samanə məni qoymurlar.
Əql ilə rəy mənim qəlbimə Mizan olmuş,
Peyk olam Əqrəbi-üsyanə, məni qoymurlar.
Əql ilə qəlb səadət yolunun qasididir,
Düşməyə vadiyi-xəzlanə məni qoymurlar.
Var yəqinim, bu iki şir mənə yardım edib,
Şir ikən dönməyə səgbanə məni qoymurlar.
Əqlü ismət mənə vermişsə fərağət tacı,
Girməyə mənsəbi-divanə məni qoymurlar.
Mənəm ol Gavə ki, hümmətlə Firidunbəxtəm,
Əl vuram kürəyə, zindanə məni qoymurlar.
Mən Xorasan həvəsilə vətəni tərk etdim,
İstərəm dönməyə Şirvanə, məni qoymurlar.
Həm vətən ayrısıyam, həm də Xorasandan uzaq,
Alaraq dövrəmi, bir yanə məni qoymurlar.
Mum kimi şəhddən ayrılmışam, indi nə edim,
Qovuşam möhri-Süleymanə, məni qoymurlar.
Fitnə neylər mənə, din ilə bilik dünyada,
Olmağa seyd o fəttanə, məni qoymurlar.
Məni can dərdi, quyu qorxusu, qardaş xətəri,
Döndərib Yusifi-Kənanə, məni qoymurlar.
Nə quyu qorxusu billəm, nə də can təhlükəsi,
Hazıram qəsd qılam canə, məni qoymurlar.
Hergiləm, düşmənəm o tac ilə taxta ki, bu gün,
Dönməyə əsl müsəlmanə məni qoymurlar.
Məni bir kəs kimi meydanə salıb düşmənlər,
Dişlərin qırmağa mərdanə məni qoymurlar.
Mən dənizdən göyə qalxan o buxaram ki, bu gün,
Yenidən yağmağa ümmanə məni qoymurlar.
Mənəm o güclü qığılcım ki, çaxıb şimşəktək.
Dönməyə əxtəri-rəxşanə məni qoymurlar.
Qoymayırlarsa, Xorasanə, nə eybi, olaram,
Təbrizin şəminə pərvanə, məni qoymurlar.
Bu iki yerdə mənim məktəbü dükkanım var,
Getməyə məktəbü dükkanə məni qoymurlar.
Vermişəm var-yoxumu gərci bu qövmə rüşvət,
Göz dikiblər təni-üryanə, məni qoymurlar.
Bu tüfeyliləri mən yemləməyə məcburam,
Yoxsa onlar yığılıb kanə məni qoymurlar.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-55
← → düymələri ilə keçid, R — təsadüfi şeir