دَردی که مرا هست به مرهم نفروشم
دَردی که مرا هست به مرهم نفروشمور عافیتش صرف دهی هم نفروشم
بگداخت مرا مرهم و بنواخت مرا دردمن درد نوازنده به مرهم نفروشم
ای خواجه من و تو چه فروشیم به بازارشادی بفروشی تو و من غم نفروشم
رازی که چو نای از لب یاران ستدم مناز راه زبان بر دل همدم نفروشم
آری منم آن نای زبان گم شده کهاسرارالا ز ره چشم به محرم نفروشم
چون نای شدم سر چو زبان گم شده خواهمتا پیش ز کس دم نخرم دم نفروشم
من نیست شدم نیست شدن مایهٔ هستی استاین نیست به هستی ابد کم نفروشم
کو تیغ که مفتاح نجات است سرم راکان تیغ به صد تاج سر جم نفروشم
لب خنده زنان زهر سر تیغ کنم نوشزهری که به صد مهرهٔ ارقم نفروشم
دستار به سرپوش زنان دادم و حقاکهآنرا به بهین حلهٔ آدم نفروشم
زآن مقنعه کآن شاه به بهرام فرستادیک تار به صد مغفر رستم نفروشم
زین خام که دارد جگر پخته تریزشپُرزی به هزار اطلس مُعْلَم نفروشم
این یک شبه خلوت که به هر هفته مرا هستحقا که به شش روز مسلم نفروشم
گفتی نکنی خدمت سلطان، نکنم نییک لحظه فراغت به دو عالم نفروشم
گویند که خاقانی نَدْهَد به خسان دلدل کو سگ کهف است به بلعم نفروشم
بر کور دلان سوزن عیسی نسپارمبر پردهدران رشتهٔ مریم نفروشم
Qəlbimdəki bu dərdimi dərmanə satmaram,
Sağlıq da üstəlik verələr canə, satmaram.
Dərman məni əritdi, fəqət dərd bəslədi,
Xoşdur bu dərdü qəm, onu ümmanə satmaram.
Ey xacə, biz əbəs yerə bazarə gəlmişik,
Sən şadlığı, mən isə qəmi anə satmaram.
Dərd ilə könlünü yaşadan müştəri hanı?
Bu sirri mən dodaqları xəndanə satmaram.
Neytək dodağlarından alıb sirri dostların,
Ol sirri həmdəmim olan insanə satmaram.
Dilsiz neyəm, gözümdən olar faş sirrlər,
Başqa yol ilə onları cananə satmaram.
Bir ney kimi başım da kəsilsə dilim kimi,
Bir kimsədən nə söz alaram mən, nə satmaram.
Məhv olmuşam, bu məhvdədir varlığım mənim,
Bu yoxluğu xəzinəyi-mərcanə satmaram.
Mən o qılıncı ki, verəcək başıma nəcat,
Yüz tac versələr mənə şahanə, satmaram.
Zəhrini nuş edib o qılıncın gülə-gülə,
Mən böylə zəhri balla dolu şanə satmaram.
Əmmaməmi qadınlar üçün çadra eylədim,
Adəm geyən o xələti-əlvanə satmaram.
Bəhramə şah verdi ləçək, bir telin onun,
Rüstəm geyən dəbilqəyə, xüftanə satmaram.
Yanmış ciyərlərimə olan örtü xam gönün,
Bir zərrəsin yüz ətləsi-tabanə satmaram.
Hər həftə bir gecəm ki, keçər yar ilə mənim,
Altı günü əvəz verə biganə, satmaram.
Şah xidmətindəsənmi? - Soruşdun, dedim ki: -Yox
Bir an azadlığı şaha, xaqanə satmaram.
Xaqani istəməz verə alçaqlara könül,
Bələmdə kəhf itini yüz aslanə satmaram.
İsanın iynəsini qaraqəlbə vermərəm,
Məryəm telini pərdəni yırtanə satmaram.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-227
← → düymələri ilə keçid, R — təsadüfi şeir