از تفّ دل، آتشین دهانمزآن نام تو بر زبان نرانم

Qəlbim kimi odludur dəhanım,Çəkməz, odur, ismini zəbanım,

ترسم که چو صبر از غم تونام تو بسوزد از زبانم

Səbrim kimi, qorxuram ki, yansın,Ağzımda adın, əzizi-canım!

فریاد کز آتش دل منفریاد بسوخت در دهانم

Fəryad elədim, ürək odundan,Ağzımda alışdı öz fəğanım.

بالای سر ایستاد روزمدر پستی غم فتاد جانم

Kəsdi başım üstünü kədər, qəmAlçaldı bu cismi natəvanım.

مشتی خاکم سبکتر از بادهم کشتی آهن گرانم

Mən torpağam,yüngüləm küləkdən,Ağır gəmiyəm, dəmir sükanım.

گر آهن نیستی تف آهبا خود بَرَدی بر آسمانم

Ağırlığım olmasaydı hərgah,Ahımdan olardı göy məkanım.

چون ریم‌آهن ز بند آهنپالودهٔ سوخته روانم

Qaspax necə ayrılar dəmirdən,Ayrıldı həmişəlik rəvanım.

لب‌تشنه‌ترم ز سگ گزیدهاز دست کس آب چون ستانم

Mən təşnəyəm it qapandan artıq,Yoxdur bir içim suya gümanım.

وز کوی کس آب چون توان خواستکآتش ندهند رایگانم

Su almaq olarmı özgələrdən?Müftə od əsirgəyir zamanım.

دور از تو ز بی‌تنی که هستمچون وصل تو هست بی‌نشانم

Səndən iraq, öylə xəstəyəm ki,Vəslin kimi qalmayıb nişanım.

مجهول کسی نیَم، شناسندمن شاعر صاحب القرانم

Bir şairəm, el bilir yayılmış,Hər ölkəyə şöhrətimlə şanım.

از من اثری نماند ماناکخاقانی دیگرم، نه آنم

Xaqani, elə dəyişmişəm ki,Yoxmuş, deyəsən, nə ad, nə sanım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri