دیدی که یار چون ز دل ما خبر نداشت
دیدی که یار چون ز دل ما خبر نداشتما را شکار کرد و بیفکند و برنداشت
ما بیخبر شدیم که دیدیم حسن اواو خود ز حال بیخبر ما خبر نداشت
ما را به چشم کرد که تا صید او شدیمزان پس به چشم رحمت بر ما نظر نداشت
گفتا جفا نجویم زین خود گذر نکردگفتا وفا نمایم زان خود اثر نداشت
وصلش ز دست رفت که کیسه وفا نکردزخمش به دل رسید که سینه سپر نداشت
گفتند خرم است شبستان وصل اورفتم که بار خواهم دیدم که در نداشت
گفتم که برپرم سویِ بامِ سرای اوچه سود مرغ همت من بال و پر نداشت
خاقانی ارچه نرد وفا باخت با غمشدر ششدر اوفتاد که مهره گذر نداشت
Könlümüz necə, gördün ki, xəbərsizdir yar,
Ovladı, yıxdı bizi, yerdə qoyub, getdi nigar.
Biz onun hüsnünü gördükdə, xəbərsiz düşdük,
O xəbər tutmadı bizdən, çəkilib getdi kənar.
Ovlayanda bizi, göz qıydı o, bir ovçu kimi,
Sonra lütf ilə nəzər salmadı ki, noldu şikar?
Dedi: yoxdur aramızda ikilik; pozdu özü,
Birliyə and içərək, əhdini qıldı inkar.
Bəxt vəfa etmədi, yar vəsli əlimdən çıxdı,
Sinəmi deşdi oxu, qəlbimə saldı odlar.
Vəslinin məclisi xoşdur, dedilər, yollandım,
İstədim daxil olam, tez qapını bağladılar.
Cəhd qıldım, düşəm o məclisə damdan, bacadan,
Heyf, hümmət quşumun nə gücü, nə şəhpəri var.
Eşq nərdində uduzmuş oyunu Xaqani,
Daşı şeşxanəni tutmuş hər oyunçu uduzar.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-46
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Şərh etsəm eşqini, tutar heyrət zəbanımıIzhar edim necə sənə sirri-nəhanımı?
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş