Ağaclar
Dünyanın heç bir ölkəsində Amerikadakıqədər nəhəng ağaclar görməmişəm
Elə bil göylərə meydan oxuyur,Qarlı zirvələrlə bu tən ağaclar.Kökü qayaların qatından keçən,Başı fələklərə yetən ağaclar.Maşınla keçirik göy meşələrdən,Bir-bir xəyalımda dağtək canlanır,Bir-bir gözlərimdən itən ağaclar.Bir yarpaq salsalar qiyamət qopar,Vətənin özütək müqəddəsləşib,Bu torpaq ağaclar, vətən ağaclar.Kökü torpaq olar, qır ola bilməz,Cılız ola bilməz, cır ola bilməz,Belə bir ölkədə qayğılar görüb,Belə bir ölkədə bitən ağaclar.
2001, iyun Vaşinqton
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-agaclar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gecə ömrümün gülən çağıydı,Könül güldürmüşəm, can ağlatmışam.
Yazanlar qaldı yaddaşda“Sabahım xeyir olsun”, – dedim,Sabahım xeyir olmadı.
Sanma birdəfəlik susacağam mənNə dovşan qaçışı, nə fil yerişi,Qartal uçuşudur mənim uçuşum.
Duyğular durna qatarıŞaxta, məndən uzaq dayan,Sevgimin çiçək vaxtıdı.
Başqa şairlərin şeirləri · Vətən
Səhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
VətənimizÜrəyimiz, canımızsan,Şöhrətimiz, şanımızsan,
Həqiqətlər, əfsanələrNə vaxtsa yaranmış bu əfsanəyə,Əzizim, bu günün gözləriylə bax.
NəzirəMənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.