Bu gecə ömrümün gülən çağıydı,Könül güldürmüşəm, can ağlatmışam.Arıtək qonmuşam pətəyin üstə,Süzmüşəm balımı, şan ağlatmışam.

Atıb tənbəlliyin köhnə dəbini,Haqq özü coşdurur şair təbini.Çatdıra bilmirdim mürəkkəbini,Dəftərə, qələmə qan ağlatmışam.

Boşuna ötmədi bir saat, bir an,Tale nöqtə qoydu söküləndə dan.Zəlimxan əl çəkdi öz xanlığından,Qurd ürəyi yeyib, xan ağlatmışam.

2000, 14 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri