Oxu, aşıq Kamandar
Göz açandan vurğunam,Avazına, səsinə.Qaynayıb-qarışmışam,Hər zilinə, pəsinə.Eşidəndə ürəyim,Sığışmır qəfəsinə.O alışan ürəklə,O qaynayan baxışla.Sazın, sözün ömründən,Bizə ömür bağışla,Bizə həyat bağışla.Sehirli havaları,Yüz yerindən ilmələ,Min yerindən naxışla.Təzə bir söz xalası,Toxu, Aşıq Kamandar!Bir fürsətdir ömür də,Oxu, Aşıq Kamandar!
Sən ki qadirsən buna,Sənətin qüdrətinə,Qul olan şahı göstər.“Kərəmi”ni çalanda,Kərəmin özünü yox,Çəkdiyi ahı göstər.Qəbri tikan bitirən,Keşişin boynundakı,Ağır günahı göstər.
Döyüşlərə girəndə,Sözdən kəskin yarağı,Sazdan silahı göstər.
Qüdrətinlə var eylə,Yoxu, Aşıq Kamandar!Azərbaycan eşqinə,Bütün cahan eşqinə,Oxu, Aşıq Kamandar!Dilini yanan ocaq,Ürəyini şam eylə.Hər sözü, hər mətləbi,Duyan könüllər üçünŞərbət dolu cam eylə.
Ovsunlu nəfəsinlə,Parçalanmış bir eliBütöv elə, tam eylə!Təbriz bizi gözləyir,Şəhriyarın ruhunuŞad eləmək xətrinəSəsini nizam eylə,Sözünü nizam eylə.Hələ çox arzular var,Qarşıdadır işlərinÇoxu, Aşıq Kamandar!Həsrətimdən, qəmimdən,Oxu, Aşıq Kamandar!Sözdən bir dəstə bağla,Diləfruzun adına,Gəmiçidən yol istə,Məsimi sal yadına.Şahsənəmin toyudu,Çat Qəribin dadına.Qanad ver insanların,Qəmlisinə, şadına.Yurdumun ustad oğlu,Min rəhmət ustadına!Qırx gün, qırx gecə keçsə,Sən çalıb oxuyanda,Getməz sevən gözlərə,Yuxu, Aşıq Kamandar!Bir arzumuz var sənə,Elə yüz yaşında daOxu, Aşıq Kamandar!Oxu, Aşıq Kamandar!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-oxu-asiq-kamandar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.