Mirvarid xanım
“Səməd Vurğun – 80” təşviqat qatarında, ongünlük Azər -baycan rayonlarına səfər zamanı Xalq şairi Mirvarid Dilbazinidaha yaxından tanıdım, aramızda ana-bala, nənə-nəvə sevgisiyarandı.
Ömründə payızdı, könlündə bahar,İncədən incəsən, Mirvarid xanım.Payız bar gətirər, bahar gül açar,Bəhərsən, qönçəsən, Mirvarid xanım!
Çiçək zərifliyi, gül kövrəkliyi,Qəlbində, ruhunda, nəfəsindədir.Qayada qartalı, daşda kəkliyi,Şeirin ovsunlamaq həvəsindədir.
Mən nə Məhsətini, nə Natəvanı,Nə də ki Heyranı görə bilmişəm.Sənin gözlərinlə onlara baxıb,Dünyanı, cahanı görə bilmişəm.
Duymaq istəyirdim şirin ləhcəni,Yaxın olmamışdıq dünənə kimi.Həmişə şairtək sevirdim səni,İndi də sevirəm bir nənə kimi!
Yazıb yaddaşlara hər şirin səsi,Ömrü gözəlliyə vermək yaxşıdı.Uzaqdan-uzağa sevdiyin kəsi,Yaxından-yaxına görmək yaxşıdı!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mirvarid-xanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bilməm qəsdi nədi canım almağa,Çalışır, can atır hər anı gözlər.
SevdiyimQərib yerdə yad illərdə sevdiyim,Didəm qan yaş tökər, dilim dad eylər,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Eylər-eylərAy camaat, xəstə düşüb ölürəm,Dərdimə dərmanı yar eylər-eylər.