O ki Allah isitmədi,İsitməz bir yuva məni.Sevinc qaçır, mən qaçıram,Salıb qovhaqova məni.

Keçir sağıma, soluma,Zəncir bağlayır qoluma.Daş töküb hamar yoluma,Qana çəkir dava məni.

Mən sərgərdan, baxt avara,İnanmaram baxta, vara.Palçıq kimi yax divara,Daşlar üstə suva məni.

Müsibət deyib sözünü,Yumub bəxtimin gözünü.Zurnaçı, yorma özünüOynatmaz bu hava məni.

2000, 5 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri