Vay o gündən, keyləşəsən,Ocaq səni qızdırmaya,Şaxta səni üşütməyə.Göy üzündə şimşək çaxa,Qulaqların eşitməyə.

Vay o gündən, keyləşəsən,Bir gözəllik görən zamanRuhun nura qərq olmaya.Hey baxasan, səndən ötrüGülnən külə fərq olmaya.

Vay o gündən, keyləşəsən,Səni görən şükür deyəÖküzünə, yabısına.Günah, savab bilməyəsən,Gedəsən bir günahkartəkYaradanın qapısına.

Vay o gündən, keyləşəsən,Ağlamağın dəmi gələ,Gözlərindən yaş gəlməyə.Bu keyliyin nə bəndəyə,Nə Allaha xoş gəlməyə.

2001, 16 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri