Allahın bir bədbəxtbəndəsi vardı,Ömrü başdan-başaqeybətə getdi.Sevgini neməttəkdada bilmədi,Qazancı, mayasınifrətə getdi.

Çaldı, ilan oğluilan danışdı,Saldı ürəklərətalan, danışdı.Ev yıxdı, şər dedi,yalan danışdı,İşığa göz yumdu,zülmətə getdi.

Dilinin əzbərihər gün “çor” oldu,Yaxşını görməyəgözü kor oldu.Öləndə dedilər“gorbagor oldu”,Heç kəs demədi ki,rəhmətə getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri