Sən niyə qaldırdın yuxudan məni,Rahatca göylərdə uçub gedirdim.Qara buludları, ağ ulduzlarıMərtəbə-mərtəbə qucub gedirdim.

Ucalıq eşqinin başqa sehri var,Orda dərd yox imiş, ələm yox imiş.Yuxuda gördüm ki, qəmsiz, qayğısız,Uçmaqdan müqəddəs aləm yox imiş.

Arzular qanadı, ümidlər göyü,Salar bu dünyaya nəzər, qayıdar.Merac gecəsi var şair ömrünün,Dünyanı başabaş gəzər, qayıdar.

Səs-səs, nəfəs-nəfəs ömrü boyunca,Kövrək duyğulara hoparmış insan.Yüzillik həyatda görmədiyiniBir anlıq yuxuda taparmış insan.

2000, 10 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri