Sənsiz quşlar uçarmı?İnana bilmirəm mən!Sənsiz dağlar, dərələr,Bir-birini qucarmı?İnana bilmirəm mən!Sənsiz güllər açarmı?İnana bilmirəm mən!Sənsiz gözəl, gözəllikİşığını saçarmı?İnana bilmirəm mən!Harda yaxşı nə görsən,Bil ki, onun mayası,Sevgidəndi, sevgidən!

1996, 4 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq