Gedərəm
Alovlar içində alışar ömrüm,Qəlbimi odlara yaxıb gedərəm.Dünya yanağında yaşı saxlamaz,Dönüb göz yaşına, axıb gedərəm.
Varlığı dəyişib yoxluğa, heçə,Kim istər həyatda başından keçə.Baxranam bağlanıb yüklənər köçə,Şələmi-şüləmi yığıb gedərəm.
Əkdiyin gülləri dərib gəlmişəm,Hər kimə borcum var, verib gəlmişəm.Həyat qapısından girib gəlmişəm,Ölüm qapısından çıxıb gedərəm.
1997, 27 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gederem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ana öyüdü söylənci
Anasından yuxu gördü Eldəbir,Ata, ana qoşa tanrı deməkdir.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
SəninSevgilim, deyirlər, xeyli zamandırAya şölə verir camalın sənin.
Qürbətdə kişi istəsə mavayi-qəribQürbətdə kişi istəsə mavayi-qərib,Bir guşeyi-viranə irür cayi-qərib.