Sevgilim, deyirlər, xeyli zamandırAya şölə verir camalın sənin.Aşiqin cəzb edir hər axşam, səhərÖzün olmayanda xəyalın sənin.

Sözüm ağızlarda hekayət olur,Aşiqdən məşuqə inayət olur.İnciyərəm, desəm şikayət olur –Dəyəndə sinəmə zavalın sənin.

Ey bahar könlümün körpə turacı,Eşqimin vüqarı, başımın tacı.

Hicranın o qədər olmazdı acıŞirin olmasaydı vüsalın sənin.

Mən səni sevmişəm, sevimli canan,Bir canım var olsun yolunda qurban.Rahim olardımı hüsnünə heyranƏgər olmasaydı kamalın sənin?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq