İpək parça əlində,Yerin göy budaq altı;Oturub işləyirsən,Arabir dodaqaltıİncə nəğmə deyirsənSən ləzzət alan zamanƏlvan naxışlarından,Mən də zövq alıb səninXumar baxışlarından,Qapınızdan keçirəm;O gözəldə həyatınSevincini içirəm.Gözlərin nə aladır!Gözlərin piyaladır,Sadə qız!Azadə qız!

Kaş bizim bağça-bağdaParçanı toxuyaydın.Yerin göy budaq altı,Arabir dodaqaltıQuş kimi oxuyaydın.Sən mənə yar deyəndəMən sənə can deyərdim.“Nə var, anam gəlini,A mehriban!” deyərdim.Aramızda belə birSevgi, hörmət olaydı:Kaş ki, bu arzularımBir həqiqət olaydı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri