Sağ ol, neftçi qardaşım
Dünən zəng vurdum sizəTəbrik etməkdən ötrü qarşıdan gələn ili.Dedilər bir saat var yola düşdün dənizə.Alnını oxşayarkən Xəzərin sərin yeli,Bildim ki, hara getdin,Qara daşlara getdin.Deməli dostlarla sən təzə ilə girmədin.Ziyafət məclisində vaxtını keçirmədin.Sağlıq demədin əsla.Piyalə qaldırmayıb,Oynamağa sevdiyin havanı çaldırmayıbDənizə düşdün yola.Yox, sən, oynaq sularla gəlib üz-üzə durdun.Buruq otağın oldu.Gözəl məclis də qurdun;Şəfəqli Ay, ulduzlar əziz qonağın oldu.Mənsə öz məclisimdə dostları cəzb elədim,Sənin adınla bağlı qısa bir sağlıq dedim.Çünki sən çox arzunu yerinə yetirmisən,Bəli, vaxtı gələndəVətən bilir ki sən dəTəzə ilin bizimçin əlinlə gətirmisən.Şerim buruqda çatsın sənə teleqram kimiƏllərini sıxıram şərəfli adam kimi.Adın çəkilən zaman göylərə dəyir başım,Sağ ol, neftçi qardaşım!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-sag-ol-neftci-qardasim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bağda bir qonşumuz, xəstə qarı var,Yaşı, səhv etməsəm, doxsan beş olar.
Oğlan günəşə döndüNə müddətdi ki, oğlan sevirdi qonşu qızı,Dünyalardan tuturdu üstün həmən bu qızı.
Dostun istəyiBir dost dedi dünən mənə:Şair ümman olum – deyir.
Sən, bu nisyandan çəkinDeyirlər mənə, Rahim,Məqsədə yetməyirsən.
Başqa şairlərin şeirləri
O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
گویند کز تبی ملک الشرق درگذشتای قهر زهردار الهی چنین کنی
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی