Sən, bu nisyandan çəkin
Deyirlər mənə, Rahim,Məqsədə yetməyirsən.Moskvaya nə qışda,Nə yazda getməyirsən.Bu jurnal, o qəzetdəƏsərin olmayır çap.Bunun sirrini bildir.Şair üçün hər kitabSevinc, fərəh deyildir?Axı yaxşı görürsənBelə edir çoxları.Çağırlar şan-şöhrətə,
Vara dönür yoxları.Bəli fikirləşmişəm,Danlamıram özümü.Ucuz şöhrət tutmayıbMənim əsla gözümü.Şamaxıdan kənaraSabir tez-tez çıxdımı?Onun səfər yollarıÜzünə açıqdımı?Söylə hansı naşirinQılığına girdi o,Şan-şöhrət mehrabınaÖzünü yetirdi o,Şeir yollar qət edibGərək özü dolaşsın.Özü ölkələr gəzibÜrəklərə yol aşsın.Atəşi yoxsa əgərDe necə yandıracaq?Onu ox kimi atsanZaman dayandıracaq.Şeri çıraqla gəzibOxucu tapsın gərək.Şair, yox, söz atınıSəyirdib çapsın gərək.Uzaq mənzil deyilsəSözün fikri, niyyəti.Bu sayaq, əsərlərinYoxdur əbədiyyəti.Söz gərək ümman üzübAşıb dağ, keçib dərəEcazlarilə gündəYol açsın ölkələrə.Əsər övlad sayılır;Dünyaya gətirəndə,Ona həyat verəndəGüvən öz qüdrətinəAşiqdir insan oğluƏsl söz qüdrətinə.Ehtirassız, alovsuzƏsərdən əsər olmaz.Soyuq sözdə, yaxşı bil,Güc olmaz, kəsər olmaz.Ona raket ad veribİstəsən göylərə at,Tez geriyə dönəcək.Gün sürmədən bir saat,Yerə düşüb sönəcək.Əzizim, şeir əgərSevilməsə elində,Zaman unutduracaqOnu nisyan selində.Sən bu nisyandan çəkdin,Bunu düşün bir qədər.Az deyil şairindənQabaq ölən əsərlər...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-sen-bu-nisyandan-cekin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
Ol ki, yüzi lalədəndir, qaməti şümşadidənOl ki, yüzi lalədəndir, qaməti şümşadidən,Şadidir könli, nə ğəm, ana məni-naşadidən.