Səni qaldıran zaman vüqarını ucaldıbDünyalar qədər qədim millətim, Qız qalası!Yenilməz bayraq kimi hər tərəfi gəzibdirMənim şərəfim, şanım, şöhrətim, Qız qalası.

Əsərlərin üstündə məğrur qanad çalmısan,Sən bu əzəmətinlə şahinmi, qartalmısan?O gündən ki, vüqarla göylərə ucalmısanDillərdə dastan olub sənətim, Qız qalası!

Sən mənim zəhmətimsən, tükənməz hünərimsən,Fəxr edirəm eşqimsən, təmiz alın tərimsən.Şah əsərlər içində mənim şah əsərimsən,Əks olur varlığında qüdrətim, Qız qalası!

Ucal mavi göylərə Xəzərin sahilindəHüsnünə şeir yazım Azərbaycan dilində.Azad ömür yaşasın hər millət öz elində,Gül açsın mənim dəxi niyyətim, Qız qalası...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən