Ey beş il bundan qabaq gördüyüm gülər üzlü,Şirin söhbətli, sözlüMoskvalı rus qızı!Bu dövrana bağladıq biz ki, iqbalımızı.Mən səni beş il qabaq,O zaman ki, bu torpaqYanırdı od içindəGördüm dağdan keçəndə.Onda yoxlayırdınızYerin təbiətiniMühəndis bacımla sən.Qəlbimə surətiniO gün nəqş elədim mən.Xəbər verdikcə dağın durumundan, gilindənDuyduq ağ günlərini sevimli yurdumuzunBir cüt mehriban qızınHəmin bu təhlilindən...Haradasan bu günlər xəbərsizəm, bilmirəm,Deməyirəm ki, sənsiz kədərliyəm, gülmürəm;Nə sən dərdli Əslisən, nə mən Kərəməm bu gün,Nə mən Məcnunam, nə sən qaraca qız – Leylisən,Bizim həyatımızdan çox uzaqdır qəm bu gün;Nə mən səndən narazı, nə də sən gileylisən.Səni gördüyüm gündənXoşladım sənətini;Qəlbimdə bayraq kimiQaldırdım hörmətini...Rus qızı! Başa çatdı aparılan kəşfiyyat.Dağların qucağından deyirlər açdın qanad,Mingəçevirdən köçüb yəqin uzağa getdin,Hara getdinsə yenə doğma torpağa getdin.Bəlkə indi Volqanın,Donun sahilindəsən,Kuybışevdə, bəlkə də sən türkmən elindəsən?

Beş bahar indi var ki,Tamam beş il olar ki,Sıxmamışam əlini.Mingəçevirdə ancaqGörürəm əməlini...A mehriban rus qızı! Kür salındı yatağa,Can verəcək torpağa.Artıq o əcdadımın gördüyü cəllad deyil;İnsanlara yad deyil.Sahili sement, qaya,Alınmışdı ortaya,Kür sakit axıb gedir.Alışıb ürəyimdəİzlər buraxıb gedir.Dayanmışam Boz dağın əzəmətlə yanında,Deyirəm ki, xalqımın fərəhli zamanındaOna ilk şad xəbəri verim şerimlə mən də,Yazım ki, ünvanını bilmədiyim rus qızı,Gözlərin aydın olsun, Kür salındı kəməndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri