Yadıma düşdü
Şanlı məktubunu oxuyanda mən,Çalmalı dağları yadıma düşdü.Təndir torpağının alma çiçəyi,Lilpar bulaqları yadıma düşdü.
Dalı Gödək güney, qabağı Çatar,Fermanın dövləti dağları tutar.Ömürlər uzadar, mətləbə yetər,Bu gözəl çağları yadıma düşdü.
Başı Çalmalıdı, ayağı düzlər,Toyda oynayırmı gəlinlər, qızlar?Oxuyub çalırdım sədəfli sazlar,Gözəl yığnaqları yadıma düşdü.
“Göyçənin qonağa çoxdu hörməti”,Təzə cavanların var məhəbbəti.Qayğanaq, qəysəfə, əmliyin əti,Eyvan-otaqları yadıma düşdü.
Əsəd bu fanidən köşüb üqbaya,Dəli könül yenə qalxıb havaya.Qoçdaşın düzləri, Buxarlı qaya,Tərlan ovlaqları yadıma düşdü.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-esed-yadima-dusdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
Məktubun intizarındaMəhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,