Sənsiz
Mən səni sevmişəm hər şeydən əvvəlSənə bağlamışam ürəkdən əməl...Sənin həyatını qorumaq üçünAğır cəbhələrə getmişəm bu gün.Ey gözəl yurdumun dilbər gəlini,Ümidim üzməyir səndən əlini!
Sanıram hər yanda olsam mən yenəArzumun gözləri rast gələr sənə.Eşqinlə çalınır könlümün simi,Döyüşdə bir şəfqət bacısı kimiDeyirəm önümə çıxarsan mənim.Gülüb əllərimi sıxarsan mənim.Yuxuda çəkirəm bəzən adını,Xatırladır mənə sözlərim səni.Mən itirməmişəm etimadını,Axtarır görməyə gözlərim səni.Sən çıxdın önümə dağda, aranda,Sənsiz bu könlümün yoxdur aramı.Döşümü süngüylə düşmən yaranda,Yenə sən, deyirəm, bağla yaramı.Eşqinlə bağladın ömrü dövrana,Mehriban elədin həyata məni.Sənsiz zənn edərəm düşdüm zindana,Çağırsalar əgər nicata məni.Coşsa da gurlayan vəhməli toplar,Yenə mənim eşqim tutacaq qərar.Cahanda gəlməzsən rast bir qüvvətəKi, boyun əydirsin o məhəbbətə.Sən mənim ruhumsan, ülviyyətimsən,Sağ olduqca səni anacaq könül;Odların içində olsam da bəzənSəni öz yanında sanacaq könül.Ölərəm, dönmərəm bu yoldan geri,Sənsiz günüm qara, eşqim yetimdir.Ömrün sənsiz keçən dəqiqələri,Sanıram ən böyük fəlakətimdir.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-sensiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar necə olurHalı yardan ayrılanın
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!