Toyumuzu elərik
Mənim cavan qəhrəmanım bir gənc qızı sevirdi,Göy ulduzu erkən sönür, yer ulduzu sevirdi.Sevişirdi bu aşiqlər qəmdən uzaq, bəxtiyar,Bizim eldə insanlara daim olur bəxtiyar.Sevinc içib məhəbbətin çeşməsinin gözündən,Onlar azad sevişərkən mehribanca, xeyli, şən,Ana Vətən bir gün dedi: “Polad arxam, qalam, dur!Əcdadından igidliyi miras almış balam, dur!Düşmən gəlir üzərimə!” – Aslan çatdı qaşını,“Ölməmişəm, anam, – dedi, – uca saxla başını!..”Vətən belə öz oğlunu cəbhələrə yolladı;Dost-aşnası dalısınca baxdı, yaylıq salladı.Qız söylədi uca səslə: – “Uğur olsun!” – yarına –Ana Vətən arxalanır igid oğullarına.Əminəm ki, biz düşmənin ürəyini teylərik!Qayıdarsan yaxınlarda, toyumuzu eylərik”.Qız əyildi yanağından öpmək üçün Aslanı,Hələ nişan taxılmayıb, ana yurdun aslanıElə bil ki, yuxlamışdı, birdən qalxıb ayıldı,İsmətindən varlığına bir istilik yayıldı.Aslan getdi, qız da baxdı oğlan gedən tərəfə,Yaylığını sallayaraq əl eylədi bu dəfə...Bizim qızlar qəhrəmandır, bilir, görüb eşidən,Cəbhələrdə geri qalmaz mərd sanılan kişidən.Bir gün qız da Aslan kimi oldu igid səfərbər,Bəxtiyardır, gör nə qədər, oğlan əsgər, qız əsgər.Ana Vətən öz qızını cəbhələrə yolladı,Dost-aşnası dalısınca baxıb yaylıq salladı...Uzaq, uzaq cəbhələrdə bir gənc həkim çalışır,Gecə-gündüz o yatmayır, hər zəhmətə alışır.Budur, yenə gətirdilər neçə ağır yaralı,Bağlayırlar bir yaranı azca ondan aralı.Qan aparıb qəhrəmanı, oğlan getmiş özündən,Ancaq onun qəzəb yağır yarı solğun üzündən.Gözlərini açdı yenə, baxır qəmgin baxışla;Qızdırmadan dilə gəlir: “Ana Vətən, bağışla,Sən də inan, uzaqlarda yar gözləyən Gülpəri,Xainlərə təslim olmaz, igid sovet əsgəri,Mən yeridim tank üstünə...” Yenə getdi özündən...Qız adını eşidincə bir əsgərin sözündənFikirləşdi: “Bu kim ola?” – gəldi nəzər yetirdi,Baxdı, gördü, Aslanıdır, zənn eləmə itirdiBəd ayaqda tez özünü bu cəbhələr aslanı.Həkim kimi kömək etdi qurtarmağa Aslanı.Tez yoxladı, gördü ağır üç yarası var onun,“Xeyr, ölməz igid əsgər, yox, çarəsi var onun...”
Aslan açdı gözlərini, gördü baxır Gülpəri.Həyat güldü, qarşıladı şir ürəkli əsgəri,O söylədi: “Çox vuruşdum, bomba atdım üşmana...”“Çox danışmaq zərərlidir”, – həkim dedi Aslana.Günlər keçir, oğlan yatır, qız çalışır, çalışır,
Azərbaycan maralının şir ürəyi alışır...Bir gün dedi qız Aslana: “Qayıdarsan Qafqaza,Salam söylə dönən kimi məndən, Aslan, Qafqaza.Get! – söylədi, – yaxınlarda biz düşməni teylərik,Qalib çıxıb qayıdarıq, yaxşı bir toy eylərik!”
Üç ay sonra, bir gün Aslan axtarırdı həkimi:Baş vururdu hər tərəfə, ah, görəsən nə kimiÜrək açan, üz güldürən təzə xəbər deyəcək?Qoç qəhrəman öz yarına, görən, nələr deyəcək?Aslan tapdı Gülpərini, yaxınlaşdı Loğmana,Salam! – dedi, cavan həkim cavab verdi oğlana:– Gedirsənmi?– Hə, gedirəm.– Salam söylə Qafqaza.– Mümkün deyil yetirəm.Qız duruxdu, oğlan dedi:– Mən səngərə gedirəm.Dağılmasa birdəfəlik düşmənlərin səngəri,Bilirsən ki, qayıtmarıq nə mən, nə də sən geri!Sevincindən şimşək çaxdı gənc həkimin gözləri,“Vuran qolun dağa dönsün!” Belə oldu sözləri.Qız bu dəfə bacarmadı, öpdü onu: “Get! – dedi,Yasarların yuvasını darmadağın et! – dedi.Biz yaxında qalib çıxıb düşmənləri teylərik.Birgə dönüb şən Qafqaza, toyumuzu eylərik...”
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-toyumuzu-elerik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qərib-qərib süzürsən yenə geniş səhranı,Ətalətlə hərlənən sən, ey su dəyirmanı!
Samux meşəsindəMaşınlarla keçirik biz Samux meşəsindən,Burda qulaq tutulur motorların səsindən.
Kür salındı kəməndəEy beş il bundan qabaq gördüyüm gülər üzlü,Şirin söhbətli, sözlü
Xalçaçı qızBizim təbrizli qızlar,Nəzərdən gizli qızlar,
Başqa şairlərin şeirləri
Dünyadə gözəllər dəvasın qılanDegil, ona necə yar olmaq gərək?
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,