Mənə deyirlər ki, Rahim, dilə gəl!Şairsən şeir yaz təzə ilə, gəl.Döyüşçü səngərdə keçirir onu,Zəfər sabahına açıb qoynunuAynası örtülü evlər, otaqlar,Yandırıb sönməyən nurlu çıraqlarVar olsun hər gələn təzə il deyir,Açsın ömür bağı qərənfil, deyir...Yazaram, yazmamaq mümkündür məgər?Ey məni qanilə qoruyan əsgər!Ey ömrü qurtaran ahdan, amandan,Mənim qan qardaşım, cəsur komandan!Qoy dostlar bu gecə getsin xəyalə,Al şərabla dolu qızıl piyaləUzatsın dodağa şirmayı əllər.Hörmət bəslədiyin yosma gözəllərAlıb sağlığına nuş etsin bada.Mən səni şeirlə gətirim yada.Qoy bu şeir öpsün mərd əllərini;Uçurt fəlakətin təməllərini!Nevanın, Volqanın qırağında dur,Böyük azadlığın sorağında dur!Qardaş var səninlə edir iftixar,Ana var yoluna göz dikib durar.Nənə var hal sorar sabah yelindən,Bala var atası düşməz dilindən.Baba var əlləri asimandadır,Gözləri yol çəkir, həyəcandadır,Bacı var xəlvəti tökür göz yaşı,Əlindən gedəli bircə qardaşı.Vur, vur ki, aradan qalxsın bu fəraq,Vur, qəmin əlindən yaxa qurtaraq!Vur ki, son zəfərin əsəri gəlsin,İtkin düşənlərin xəbəri gəlsin.Vur, düşmən əl atsın qəm yaylığına,Dostlar içsin sənin can sağlığına!Təzə il gecəsi sən döyüşəndəBütün bir gecəni yatmayıb mən dəYazım şöhrətini, şücaətini,Vətənə eşqini, sədaqətini.Sən aç bu səhəri yeni zəfərlə,Mən – adına layiq təzə əsərlə!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri