Heç nə baş verməyibdir sanki bu gün Livanda,Sakitlikdir limanda,Bu dünyada var ağ gün, var qara gün yaşayan.Bəxti kəm insanların biridir yükdaşıyanBeyrutlu qara fəhlə.Xəstə yatır əyalı,Pərişandır xəyalı.Tay deyil, aparırdı dalında qəm dağları,Sökülüb, uçulurdu can mülkünün tağları.O, birinci gündü ki,Fikirləşdi bir anlıq görəsən bu indikiApardığım dopdolu yeşiklərdən çoxmudur?Dünyada taydan savay başqa bir şey yoxmudur?Gəmilər gedir hara?Yüklər kimin malıdır?Kimlər satır?Alanlar görəsən haralıdır?Qəribə yazılar var tayların üzərində...Dünya bir yükə döndü fəhlənin nəzərində.O, sonra düşündü ki, maaş günüdür bu günGedərəm arvad üçünAlaram dərman-dava,Fəqət güman etməyin o yoxsul deyən oldu:Fələk istəyən oldu...Çıxmışdı arxasınca azğın fəlakət ova.O qalxırdı gəmiyə ağır bir tay dalında.Düşüncələr yoldaşı,Bir dəyişiklik oldu bu zaman əhvalında.Hərləndi xeyli başı,Ona elə gəldi ki, ağlayır uşaqları.Yumub xəstə qadını əbədilik gözünü.Deməli, öldü qarıO itirdi özünü.Tay dalından sürüşdü,Dərhal dənizə düşdü.Heç nə baş verməmişdi elə bil ki, Livanda,Heç bir şey olmamışdı, sakitlikdi limanda.Kontora çağırdılar azca keçməmiş onu,Dedilər izləyirsən azğınların yolunu,Üzərinə o qədər qüsur, günah yıxdılar.Verib haqq-hesabını onu qovdular, işdənAğır zərbələr yedi bu fəhlə də gərdişdən...İş yenə qaydadadır... Liman sakit, liman lal.Yenə də xəstəsinə ala bilməyib dava,

O nə banan, nə metal, nə xrom, nə portağalDaşımayacaq artıq,Gedir yorğun, baş açıq.Möhnət ağır tay kimi oturub arxasında...Aralanır körpüdən gəmi içi dopdolu.Uzaq sahillər yolu.Yox, özü bir gəmidir o, qəmlər dəryasındaGedir xeyli ümidsiz, gedir qəlbi gümandaHeç nə baş verməyibdir elə bil ki, limanda.O, bilmirəm nə sayaq ömr edib yaşayacaq!Bilirəm ki, bir zaman müsibət daşıyacaq.Bilirəm dalındakı belə taydır, bu yükdürOnun dərdi böyükdür.Fəlakətlər mülkünün qapısının laylarıAçılmışdır üzünə, dalında qəm tayları,Ağır-ağır gedir o, yenə ürəyi qanda...Heç nə baş verməyibdir elə bil ki, limanda...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri