Kür və monitorçu
Coşqun çayın qırağındaSadə, zəhmət adamlarıİşləyirlər səhər çağı,Çalışırlar gecə yarı.
Kür oynayır köhlən kimi,Ləngər vurur yatağında,Ehtiramla gəlir diləBir işçinin qabağında:
“Sən bilirsən sözlərinəİtaətlə baxdığımı,Hansı yana əmr eləsənTez yönəlib axdığımı.
Ancaq mənə yol verməyirBozdağ, azca dardır yerim.Sığışmayır bu məcrayaMənim oynaq ləpələrim”.
İnsan oğlu ehtişamlaCavab verdi: “Məzəli Kür,A yurdumun, iftixarı,Yaraşığı, gözəli Kür!
Təki məndən vüsət istə,Mən də sənə qanad verim.Vüsət istə, sürət istə,Canlandırım, həyat verim.
Mən, genişlik xoşlayıram,Torpağımın yoxdur sonu.Başa çıxmaz nə küləklər,Nə çağlayan çaylar onu.
Sözüm yoxdur, qoy yatağınArzum kimi geniş olsun;Yol açaram, Kürüm, sənə –Yoxuş olsun, eniş olsun.
Meydanımı gen elərəm,Gəl Bozdağa baxma, Kürüm!Sən də göstər himmətini,Gəl mənasız axma, Kürüm!”
Kür söylədi: “Mən razıyam!”İnsan aldı monitoru,“Bacarırsan, Bozdağ, – dedi, –Gəl özünü indi qoru!”
Borulardan şığıdı su,Daş uçuldu, dağ söküldü.Fərəhlənib əməlindənO qəhrəman baxdı güldü.
Şair süzdü sahildəkiBizim sadə vətəndaşı,Az qaldı ki, fərəhindənBuludlara dəysin başı.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-kur-ve-monitorcu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim qəhrəmanımdan bir vaxt xəbər gəlmədi,Qara gözlü Zöhrəsi gecələr dincəlmədi.
Ümidlə yaşaKağız almayırsan xeyli zamandır,Sıxır ürəyini bir qara möhnət.
Sənin uğrundaGördüm səni ilkin quyu başında,Dikilmişdi uzaqlara gözlərin;
O yenə seyr edəcəkBöyük Vətən müharibəsi qəhrəmanıBaloğlan Abbasova ithaf edirəm.
Başqa şairlərin şeirləri
Mirzə Can Ağadan dəsti-səxadanTiflis ölkəsindən bir nişan gəlib,
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmənEy ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Bir beləƏbəs-əbəs çəkmə zəhmet sevdiyim,Verme ziynət xəttü xalə bir belə.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd