Təbriz kədərlidir, axşamdan bəriSüzür qərib-qərib həsrətkeş qəmər.Onun işığında gəzir şəhəri,Fikri, düşüncəsi qara kölgələr.

İpləri sabunlu dar ağaclarıDəyir nəzərlərə xiyaban boyu.

Baxışlar vərəmli, üzlər sapsarı,Matəmə çevrilib ellərin toyu.

Qapanıb məktəblər, kitabxanalar,Açılıb ümumi evlər yenə də,Saçından sürülür dərdli analar,Həyat məhv edilir bir məngənədə.

Dolanır zindanın düz qabağındaBir dərban adlanan vəhşi canavar.İngilis çəkməsi var ayağında,Gəlmiş Amerikadan geydiyi paltar.

Ona söyləmişlər: “Yaxşı qan, eşit,Demokrat, yurduna qara ləkədir”.Partlayır döşündə bir “şirü-xurşid”Bilməyir vətəni müstəmləkədir.

Dərban ətrafına baxır bir anlıq,Sanki duman çökür, boğur hər yanı.Təkcə Təbrizi yox, zülmət, qaranlıqBoğur pəncəsində bütün İranı.

O küt nəzərlərlə baxır ətrafa,Yazıq dustaqlara bir kəfən biçir.Bürünüb bəxti tək qara çarşaba,Zindanın önündən bir qadın keçir.

Bəlkə o, bir dustaq nişanlısıdır?Bəlkə də dərbanın iranlısıdır?Qoy deyim sözümü aydın, açıq mən:İranın rəmzidir bu dilsiz gedən.

Təbriz kədərlidir, axşamdan bəriSüzür qərib-qərib həsrətkeş qəmər.Onun işığında gəzir şəhəriFikri, düşüncəsi qara kölgələr.

Zindan,gənc fədai,bir sənək sudur,Bucaqda kif atıb qup-quru çörək;Dərban gülümsəyib deyir: “Al, budurMən də öz yerimi əkim deyərəkSu, torpaq istədin, sən çəkmə zəhmət,Al, götür, payına düşdü bu nemət”.

Dustağın gözündə canlanır bu dəmDoğma bir kainat, doğma bir aləm.Dərban dərk eləməz, dayazdır, dayaz!Düşünür fədai, canlanır Araz,Baxır dustaq həzin, baxır doyunca,Görünür gözünə sərhəd boyuncaİşıqlı binalar, gözəl binalar,Orada bəxtəvər qan qardaşı var...

Birdən zülmət çökür yenə hər yana,Bəlkə cinayətdən utanır qəmər.Ağır addımlarla girir zindanaİnsan adlanılan qara kölgələr.

Aparırlar onu,sakitdir həyət;Pozur sükunəti yanıqlı bir ah.Biganə deyildir cəllada vəhşət...Dan yeri sökülüb, güləndə sabahArtıq görünməyir qara kölgələr...Dustaqlar sayılır, yenə bir nəfər.

Yoxdur igidlərin sıralarından,Zindan o zindandır, dərban o dərban...Çəkdiyim bu lövhə duyan halıdırZavallı, İranın öz timsalıdır.Qərbin istəyini yaşatmaq üçünİran başdan-başa zindandır bu gün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən