Sənin uğrunda
Gördüm səni ilkin quyu başında,Dikilmişdi uzaqlara gözlərin;Özün dalğın, çatılmışdı qaşın da,Ürəyində deyilməmiş sözlərin.
Bəlkə o gün ötürmüşdün atanı,Bəlkə bircə qardaşını, nə bilim?!Sevməmisən bəlkə heç bir oğlanı,Heç kəs sənə deməyibdir, “sevgilim!”
Bizim dəstə kəndinizə yayıldı,Mən içməyə su istədim doğrusu.Saf ürəyin xəyalatdan ayrıldı,Gülümsəyib mənə verdin şirin su.
Dedin: “Belə, əsgər qardaş hayana?”Dedim: “Səni qorumağa, ay gözəl!”Dedin: “Düşmən al qanına boyana!”Könül döndü yüksək dağa, ay gözəl!
Biz düzəldik yolumuza, bu zaman,Ayağımız ağ qarları daradı.Gözdən itdik, sən mehriban-mehribanBaxdın, güman, gözün nəysə aradı.
O zamandan çox keçibdir, bil ancaq,Gözlərimdən çəkilməyib surətin.Yaxşı bilir bağlandığım bu torpaq:Qollarını bükmək olmaz qüdrətin.
Ana yurdun torpağında, daşında,O zamandan alovlardan keçmişəm,Ölməmişəm, sanki quyu başında,Əllərindən abi-həyat içmişəm.
Ey suyundan qəlbi təmiz qələmqaş,Cəbhədəyəm bu gün tamam üç ay var.Uğurunda sənin əziz qələmqaş,Əllərimlə düşmən olur tarı-mar.
Bəzən gülür qabağımda camalın,Al iç! – deyib su verirsən yenə sən.Özün kimi şirin imiş xəyalın,Mehribansan, ah, nə qədər mənə sən.
Üç ay var ki, ey gözəli ellərin,Hücumlara sözlərinçün girirəm.O gün mənə su uzadan əllərin,Gülümsəyən gözlərinçün girirəm.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-senin-ugrunda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən çıxdıq dağ döşünə qol-qola,Saldım səni cəbhələrə mən yola.
Mənə deyirlər kiMənə deyirlər ki, Rahim, dilə gəl!Şairsən şeir yaz təzə ilə, gəl.
İkiqat cinayətEldən gələn kağızlar cəbhəyə bir dayaqdır,Könül açan sözləri əsgər üçün yaraqdır.
Müqəddəs kədərO bir gənc kolxozçudur, Ukrayna torpağından,Hələ məhsul dərməmiş ömrün bahar bağından.
Başqa şairlərin şeirləri
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Üzeyir Hacıbəyovun ev muzeyində düşüncələrƏdəbiyyat nəsib deyil hər sənətkara,Hər keçənin evi dönüb muzey olmayır.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.