Aslanım partizandır
Mənim qəhrəmanımdan bir vaxt xəbər gəlmədi,Qara gözlü Zöhrəsi gecələr dincəlmədi.Dağ kimi dik tutsa da əzəmətli başını,Bəzən də qövr eləyib, öz həyat yoldaşınıSaatlarca düşündü, ağladı otağında,Gündə bir qönçə soldu ömrünün budağında.Eşidənlər: “Özünü nahaq yorma” dedilər,“Durnalardan gecələr xəbər sorma” dedilər.“Dərd insanı qocaldar, kədərlənmə, amandır;Qəhrəmana ölüm yox, Aslanım qəhrəmandır...”İntizarkən igidə həsrət çəkən dilbəri,Gəlib keçdi xəbərsiz ömrün əziz günləri.
Vuruşmalarda Aslan dayanırkan dağ kimi,Biçib tökürkən yerə düşməni yarpaq kimi,Çətin yerdə çatırkən, nərə çəkib, haraya,Bürüdülər, aldılar bir gün onu araya.Gülən, zarafat edən, ürək verən Aslanım,Ən ağır vuruşmada yol göstərən Aslanım.Coşdu: “Dostlar, bal deyil, ömürdür şirin, dedi.Zağlı avtomatları yaxşı dindirin, dedi.Müxənnətdir keçməyən yurd uğrunda canından...”Yağış kimi güllələr ötüşdükcə yanındanO çarpışdı oğul tək, nərə çəkdi şir kimi,Dəlik-deşik elədi düşməni xəlbir kimi...Gün batdı, qaş qaraldı, üfüqlərdən doğdu ay,Sanki həyan gəlirdi qıjıldayıb axan çay.Atlar nal tökən zaman Aslanımın səsindən,Onu bir minomyotla vurdular sinəsindən.Axtaranlar tapmadı ondan əsər-əlamət,Düşmənlərin başına, min bəla, min fəlakətBu qəhrəman oğula, ürəkdən yanmadılar,Yanmadılar, bu doğru, çünki inanmadılar.Aslanın ölümünə, dedilər: “Ola bilməz,Günəşə həmişəlik qara pərdə çəkilməz!Qoçaqlara ölüm yox, mərdlik ona peşədir.Güman partizan oldu, yurdu qalın meşədir”.Bədr olmaz, bu qaydadır, nurlu hilal olmasa,Həyatın dadı qalmaz şirin xəyal olmasa.Aslan qəhrəmanların dilinin əzbəridir,Xəyalən yaşadırlar onu çoxdan bəridir;İndi də and içirlər döyüşçülər başına,Bəzən kağız yazırlar yarına, yoldaşına,Ona hörmət edirlər ölməz komandir kimi,Deyirlər ki, vuruşur Aslan yenə şir kimi.Bu cəsur komandiri düşmənlər də sanır sağ,
Zabitlər yatmayırlar əsirlər gecə zağ-zağ.Partizanlar qəflətən bomba atsa hayanda,Deyirlər ki: “Onlara Aslan verir komanda”.Yağılar bu igidin şöhrətinə mat qalır,Ölüm qalxır aradan, yenə də həyat qalır.Nəğmə kimi dilləri gəzir olun hörməti,Məğrur bir heykəl qurur Aslanıma şöhrəti,Zaman keçir, dolanır, Aslan unudulmayır.Dostlar yenə cəbhədə onu yanında sayır.Zöhrənin də bağından solub yarpaq düşsə də,Qapqara saçlarına gündə bir ağ düşsə də,Aldığı hər kağıza bağlayıb əməlini,Aslanından üzməyir ümidini, əlini.Bəzən deyir özünə: “Ümidsizlik yamandır,Bəlkə ölməyib Aslan, doğrudan, partizandır?!”
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-aslanim-partizandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Körpü vardır ağacdan, körpü var daşdan olur,Körpü vardır mötəbər metallardan qurulur,
Tezmi gələrDayanmışam çəməndə, yolunu gözləyirəm.Sevdiyim qız görəsən tezmi gələr, deyirəm?
GünahkaramQəmlənmişəm gülüşün bəzən yüksəlməyəndə,Səsin qulaqlarıma bir saat gəlməyəndə.
Azarla söhbətProfessor İ.M.Orucova ithaf edirəmGündə bir xəstəlik kəsir yolumu,
Başqa şairlərin şeirləri
Qapını daldan bağlayıbŞeir yazıram.
Nə yaxşıTorpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.