Körpü vardır ağacdan, körpü var daşdan olur,Körpü vardır mötəbər metallardan qurulur,Binəsi etibarlı.Körpü var ehtişamlı, əzəmətli, vüqarlı,Körpü vardır çay üstə, göy dəniz sularında,Körpü vardır salınır insan arzularında.Mən sevirəm ürəkdən bu gözəl körpüləri;Onlardan insan oğlu keçib gedir irəli.Körpü də var bir dəfə görünməyir gözə heç,Sən belə körpülərdən yollanıb inamla keç!Sevdasından yaradır təmiz ürəklər onu,Zərrəcə sarsıtmayır əsən küləklər onu.Keşməkeşli illərin çıxır ağır qışından,Sarsılmayır namərdin fitnə-fel yağışından.Daşı belə körpünün mehribanlıq, məhəbbət,Dirəkləri vəfadır, bir də insana hörmət,Ondan keçib gedənin iqbalı uğurludur,Həyat yolu nurludur.Bəşər belə körpülər ildən-ilə bol salır,İnsanlıq bu körpüdən ağ günlərə yol salır.Sən, cəmiyyət içində tapmağa öz yerini,Həyat eşqindən yarat bu körpüdən birini.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq